Tramp Rusiyanın atəşkəsə razılaşacağına əmindir Dünya

Tramp Rusiyanın atəşkəsə razılaşacağına əmindir

ABŞ prezidenti Donald Tramp Rusiyanın Ukraynada 30 günlük atəşkəslə razılaşacağına əmin olduğunu bildirib.

"Onlar bunu edəcəklər" Tramp Ağ Evdə jurnalistlərin müvafiq sualına cavabında deyib.

Martın 11-də Ciddədə (Səudiyyə Ərəbistanı) ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar aparılıb. Nəticədə tərəflərin birgə bəyanatı dərc olunub, ona görə Ukrayna ABŞ-ın 30 günlük atəşkəs təklifini qəbul etməyə hazırdır və Vaşinqton dərhal kəşfiyyat məlumatlarının verilməsində fasiləni ləğv edəcək və Kiyevə hərbi yardım göstərməyə davam edəcək.

Cavid