

Qəzzadakı hökumətin media ofisindən verilən yazılı açıqlamada İsrailin Qəzzada atəşkəs razılaşmasına məhəl qoymayaraq bütün beynəlxalq və humanitar razılaşmaları pozaraq dinc əhaliyə qarşı soyqırımını davam etdirdiyi bildirilib.
Açıqlamada İsrailin Qəzzaya son 5 saat boyunca hücumunda ölən və itkin düşənlərin sayının 322-ni keçdiyi, onlarla insanın yaralandığı qeyd edilib.
Ölən və yaralananların bir qisminin xəstəxanalara aparıldığı, lakin bölgədəki şəraitin pis olması və bütün şəhərlərdə nəqliyyatı iflic edən yanacaq qıtlığı səbəbindən onların əksəriyyətinin hələ də xəstəxanalara aparıla bilmədiyi, ölən və itkin düşənlərin əksəriyyətinin qadın, uşaq və qoca olduğu vurğulanıb.