Türkiyədə dilənçinin əlindəki ən son model telefon görənləri heyrətə salıb Dünya

Türkiyədə dilənçinin əlindəki ən son model telefon görənləri heyrətə salıb

Türkiyənin Mardin şəhər mərkəzində dilənçiliklə məşğul olan qadının təxminən 100 min lirə dəyərində telefon ilə danışması görənləri heyrətə salıb.

Xalqcəbhəsi.az “sabah.com.tr”ə istinadən xəbər verir ki, özəl xəstəxanaya xəstə aparan vətəndaş xəstəxananın qarşısında dilənçilik edən qadını ən son model telefonla danışarkən görüb. Gördüklərindən şoka düşən vətəndaş mobil telefonu ilə həmin anları lentə almağa başlayıb. Qadının diləndiyi yerdən çıxıb başqa yerə getdiyini görən vətəndaş onun arxasınca gedərək ona pul verənləri lentə alıb. Qadının yığdığı pulu saydığı anları lentə alan şəxs baş verənlərə münasibət bildirib: "Bu qadın insanların emosiyalarından istifadə edərək pul yığır və bu yolla bahalı telefonlar almağı bacarır. Bu, həqiqətən də inanılmaz vəziyyətdir”.

Bu hadisə dilənçiliklə məşğul olan bəzi insanların həqiqətən ehtiyacı olub-olmaması ilə bağlı müzakirələrə səbəb olub. Vətəndaşlar qeyd ediblər ki, rəsmi qurumlar bu kimi hallara qarşı yoxlamaları artırmalıdır.