

17 Mart 14:16
17 Mart 11:36
17 Mart 10:40
Qəzza zolağında son gərginlik Rusiyada narahatlıq doğurur.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Kreml vəziyyətin dinc məcraya qayıtmasını gözləyir.
“Biz vəziyyəti çox diqqətlə izləyirik və əlbəttə ki, onun dinc məcraya qayıtmasını gözləyirik”, - Kremlin sözçüsü İsrail Hərbi Hava Qüvvələrinin Qəzza zolağına hücumuna rəsmi Moskvanın reaksiyasından danışarkən deyib.
Qeyd edək ki, martın 18-də İsrail ordusu Qəzza zolağında Fələstinin HAMAS hərəkatının hədəflərinə irimiqyaslı zərbələr endirdiyini bildirib.