Polşa, Estoniya, Latviya və Litva Ottava müqaviləsindən çıxır Dünya

Polşa, Estoniya, Latviya və Litva Ottava müqaviləsindən çıxır

Polşa, Estoniya, Latviya və Litva piyada əleyhinə minalardan istifadəni qadağan edən Ottava müqaviləsindən çıxacağını elan edib.

APA “Politico”ya istinadən xəbər verir ki, bu barədə həmin ölkələrin müdafiə nazirlərinin birgə bəyanatında deyilir. Bildirilir ki, həmin addım qlobal gərginlik fonunda Şərq cəbhəsinin etibarlı müdafiəsinin təşkili məqsədilə atılıb.

Estoniyanın müdafiə naziri Hanno Pevkur bunu rəsmi Moskvaya xəbərdarlıq kimi dəyərləndirir:

“Ottava Konvensiyası barədə qərar qarşılıqlı anlaşma şəraitində qəbul edilməlidir. Bəyan edirik ki, hazırda bizim yeni silah növləri yaratmaq və ya qadağan edilən hərbi sursatdan istifadə etmək fikrimiz yoxdur”.

Finlandiyanın müdafiə naziri Antti Hakkanen ölkəsinin də bu sənəddən çıxacağını açıqlayıb.

Qeyd edək ki, haqqında bəhs olunan saziş 1997-ci ildə imzalanıb.