Avstraliyada yayılan epidemiyada 20 nəfər öldü Dünya

Avstraliyada yayılan epidemiyada 20 nəfər öldü

Avstraliyanın Kvinslend əyalətində 2024-cü ilin noyabrında güclü yağışlar başlayandan bəri 125 melioidoz epidemiyası qeydə alınıb.

Xalqcəbhəsi.az xəbər verir ki, bu barədə “Demirören” Xəbər Agentliyi məlumat paylaşıb.

Şimaldakı Taunsvil şəhərində yaşlı bir kişinin ölməsi ilə əyalətdə melioidozdan ölənlərin sayı 20-yə çatıb. Səlahiyyətlilər güclü yağışın davam edəcəyi gözlənilən Kvinslenddə yaşlı və xroniki xəstələrə palçıqdan uzaq durmaları üçün çağırış edib.

Kvinslend Universitetində yoluxucu xəstəliklər professoru. Dr. Paul Griffin epidemiyanın səbəb olduğu ölümlərin gözləniləndən çox olduğunu və epidemiyanın azaldılması, itkilərin qarşısının alınması üçün insanların xəstəlikdən xəbərdar edilməsinin lazım olduğunu söyləyib.