Putin: Rusiya hərbçiləri Kurskda Ukrayna ordusunun darmadağın edilməsini başa çatdırır Dünya

Putin: Rusiya hərbçiləri Kurskda Ukrayna ordusunun darmadağın edilməsini başa çatdırır

Rusiya hərbçiləri Kursk vilayətində Ukrayna Silahlı Qüvvələrinin darmadağın edilməsini başa çatdırır.

Bunu Rusiya Prezidenti Vladimir Putin Baş Prokurorluğun kollegiya iclasında bildirib.

O vurğulayıb ki, “Kursk vilayətində dinc əhaliyə qarşı cinayət törətmiş bütün ukraynalı hərbçilər müəyyən edilməli və cəzalandırılmalıdır”.

Putin hərbi prokurorlara Rusiya ordusunda hərbi nizam-intizamın möhkəmləndirilməsinə kömək etməyi tapşırıb.