İtaliya "Starlink" ilə danışıqları dayandırıb Dünya

İtaliya "Starlink" ilə danışıqları dayandırıb

İtaliyanın müdafiə naziri Guido Crosetto hökumətin İlon Maska məxsus "Starlink" şirkəti ilə apardığı danışıqları dayandırdığını açıqlayıb.
Bu barədə o, “La Repubblica”ya müsahibəsində bildirib.

Nazir "Starlink" proqramının hərbi və hökumət məqsədləri üçün istifadəsinə dair müzakirələrin başa çatdığını bildirib. O, bu qərarı geosiyasi gərginlik və Maskın ictimai bəyanatları ilə əlaqələndirib.
Crosetto layihənin texniki müzakirələrinin Maskın şəxsiyyəti ilə bağlı mübahisələrə yönəldiyini qeyd edərək, yekun qərarın texniki meyarlar və milli maraqlara əsaslanmalı olduğunu vurğulayıb.

Bundan əlavə, nazir elektrik avtomobillərinə maraq göstərmədiyini, ənənəvi mühərriklərdən, xüsusilə Eni şirkətinin istehsal etdiyi aşağı emissiyalı yanacaqlarla mümkün qədər uzun müddət istifadə etməyə üstünlük verdiyini bildirib.

Mask haqqında fikirlərini bölüşən Crosetto onu “avtomobillərdən çox kosmosda inqilab yaradan dahi və uzaqgörən” kimi xarakterizə edib.
Qeyd edək ki, İtaliyanın "Starlink" ilə 1,5 milyard avro dəyərində 5 illik müqaviləsi ordusu və diplomatları üçün təhlükəsiz peyk rabitəsi təmin etmək məqsədi daşıyırdı.