

20 Mart 10:05
19 Mart 23:00
İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlunun İstanbul Baş Polis İdarəsində terror istintaqı çərçivəsində verdiyi ifadəsi tamamlanıb.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, İmamoğlunun verdiyi ifadə 5 saat davam edib.
11:07
İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu ikinci dəfə polisdə ifadə verir.
APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Qeyd edək ki, İstanbul Baş Prokurorluğu iki ayrı istintaq üzrə Əkrəm İmamoğlu da daxil olmaqla, 106 nəfərin həbsi ilə bağlı qərar çıxarıb.
İş üzrə artıq 90 nəfər həbs edilib. Əkrəm İmamoğlu PKK terror təşkilatı ilə əməkdaşlıq, korrupsiya və rüşvət maddələri ilə ittiham edilir. Onun bu gün axşam hakim qarşısına çıxarılacağı gözlənilir.
Qeyd edək ki, dünən Əkrəm İmamoğlu 3 saat 40 dəqiqə çəkən proses zamanı 121 səhifəlik ifadə verib.
İmamoğlu bir çox suala "Mən bu suala cavab vermirəm. Bütün iddiaları qətiyyətlə rədd edirəm" deyərək cavab verib.