Rusiyada hücum təyyarəsi qəzaya uğrayıb Dünya

Rusiyada hücum təyyarəsi qəzaya uğrayıb

Rusiyada “Su-25” hücum təyyarəsi qəzaya uğrayıb.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Hadisə Primorsk diyarında planlı təlim uçuşu zamanı qeydə alınıb.

İlkin məlumata görə, qəzaya təyyarənin texniki nasazlığı səbəb olub.

Pilot katapult vasitəsilə qəzadan xilas olub. O, hadisə yerindən təxliyə edilib. Məlumata görə, pilotun həyatına hər hansı təhlükə yoxdur.