D-8: Azərbaycanın təşkilata üzvlüyü mühüm əhəmiyyətə malikdir Dünya

D-8: Azərbaycanın təşkilata üzvlüyü mühüm əhəmiyyətə malikdir

“Azərbaycanın təşkilatımıza 9-cu üzv ölkə olaraq qəbul edilməsi nizamnamədə nəzərdə tutulan hədəflərə çatmaq, təşkilatın qarşısında geniş imkanlar açmaq və burada təmsil olunan dövlətlər arasında əməkdaşlığı möhkəmləndirmək baxımından mühüm əhəmiyyətə malikdir”.

Bu barədə D-8 İqtisadi Əməkdaşlıq Təşkilatından bildirilib.

Qeyd olunub ki, Azərbaycan tərəfinin martın 19-da D-8 təşkilatının nizamnaməsini qurumun Türkiyənin İstanbul şəhərində yerləşən Katibliyinə rəsmən təqdim etdiyi açıqlanıb.

Məlumatda, həmçinin, ölkəmizin 2024-cü il, 19 dekabr tarixində Misirin Qahirə şəhərində keçirilən XI Sammitində təmsil olunduğu və iştirakçı ölkələrin yekdil qərarı ilə bu qurumun tamhüquqlu üzvünə çevrildiyi xatırladılıb.

Bildirilib ki, sözügedən qərardan sonra Azərbaycan tərəfinin D-8 təşkilatının nizamnaməsinin ratifikasiyası prosesinə başlanılıb və bununla əlaqədar 2025-ci il, martın 7-də Azərbaycan Respublikasının Milli Məclisinin qəbul etdiyi qanun Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanıb.