Nikol Paşinyan İranın xarici işlər naziri Abbas Araqçini qəbul edib Dünya

Nikol Paşinyan İranın xarici işlər naziri Abbas Araqçini qəbul edib

Ermənistanın baş naziri Nikol Paşinyan İranın xarici işlər naziri Abbas Araqçini qəbul edib.

APA xarici KİV-ə istinadən xəbər verir ki, söhbət zamanı tərəflər ikitərəfli münasibətləri, həmçinin regional və qlobal məsələləri müzakirə ediblər.

Qeyd edək ki, İranın xarici işlər naziri Abbas Araqçi Ermənistanda səfərdədir. Bundan əvvəl o, erməni həmkarı Ararat Mirzoyanla görüşüb.