Moskva Ər-Riyad görüşünün yekunları ilə bağlı birgə bəyanatın qəbul olunmamasında Kiyevi günahlandırıb Dünya

Moskva Ər-Riyad görüşünün yekunları ilə bağlı birgə bəyanatın qəbul olunmamasında Kiyevi günahlandırıb

"Dünən Ər-Riyadda keçirilən ABŞ-Rusiya danışıqlarının yekunu üzrə birgə bəyanat “Ukraynanın mövqeyi” səbəbindən qəbul edilməyib”.

Bunu Rusiya Federasiya Şurasının Müdafiə Komitəsinin sədr müavini Vladimir Çijov bildirib.

Onun sözlərinə görə, Rusiya və ABŞ nümayəndə heyətləri Ər-Riyadda keçirilən danışıqların yekunları ilə bağlı birgə bəyanatı razılaşdırıblar:

"Onlar 12 saat oturub və deyəsən, birgə bəyanatı razılaşdırıblar, lakin Ukraynanın mövqeyinə görə bəyanat qəbul olunmayıb. Bu, olduqca xarakterik və simptomatikdir".