Cənubi Koreyada meşə yanğınlarının söndürülməsində iştirak edən helikopter qəzaya uğrayıb Dünya

Cənubi Koreyada meşə yanğınlarının söndürülməsində iştirak edən helikopter qəzaya uğrayıb

Cənubi Koreyanın meşə yanğınlarının tüğyan etdiyi Uiseonq bölgəsində helikopter qəzaya uğrayıb.

Bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

İlkin məlumata görə, helikopterdə yalnız bir pilot olub.

Onun vəziyyəti ilə bağlı hələlik məlumat verilməyib.