

20 Mart 10:05
19 Mart 23:00
Rusiya və Ukrayna dəniz atəşkəsi barədə razılığa gələcəklər.
Bunu ABŞ Prezidenti Donald Tramp Ukrayna danışıqları ilə bağlı danışarkən bildirib.
Tramp vurğulayıb ki, Ukrayna məsələsində çox irəliləyiş əldə edilib: “Rusiya və Ukrayna ilə dərin müzakirələr aparırıq və deyərdim ki, yaxşı gedir”.
Onun sözlərinə görə, Rusiya və Ukrayna dənizdə atəşkəs əldə etməyə hazırlaşır: “Rusiya və Ukrayna dənizdə atəşkəs əldə edəcəklər. Atəşkəsin monitorinqi prosesinə digər ölkələr də cəlb olunacaq”.
Tramp əlavə edib ki, ABŞ Rusiyanın sanksiyaların yüngülləşdirilməsi ilə bağlı müraciətlərinə baxacaq.