

20 Mart 10:05
19 Mart 23:00
Kuba Prezidenti Migel Dias-Kanel X sosial media platformasında İsrail və ABŞ-ni qınayan bir paylaşımda məcburi köçkün olan qəzzalıların fotosunu yerləşdirib.
Xalqcəbhəsi.az “Anadolu” Xəbər Agentliyinə isitinadən bildirir ki, o, "İsrail Qəzzada Fələstin xalqını ABŞ-nin təmin etdiyi tam cəzasızlıqla məhv etməyə davam edir, beynəlxalq humanitar hüququ kobud şəkildə pozaraq xəstəxanaları, qaçqın düşərgələrini və Birləşmiş Millətlər Təşkilatının (BMT) obyektlərini bombalayır" deyib.
Qeyd edək ki, Kanel martın 19-dakı paylaşımında da ABŞ-ni tənqid etmişdi: "ABŞ hökumətinin tam dəstəyi ilə İsrail Qəzzanı yenidən bombalamağa başladı. Onlar nəyin bahasına olursa olsun və artan vəhşiliklə Fələstin xalqını məhv etməyi hədəfləyirlər. Bu soyqırım cəzasız qala bilməz".