İspaniyada kömür mədənində partlayış olub, 9 nəfər xəsarət alıb Dünya

İspaniyada kömür mədənində partlayış olub, 9 nəfər xəsarət alıb

İspaniyanın şimalındakı Asturias bölgəsində kömür mədənində baş verən partlayış nəticəsində 9 nəfər xəsarət alıb.

Bu barədə “El Mundo” məlumat yayıb.

Qeyd edilib ki, 3 nəfərin mədən altında qaldığı bildirilir.

Hadisə yerinə dərhal təcili yardım və xilasedici komandalar göndərilib.