Tacikistan, Qırğızıstan və Özbəkistan sərhədlərinin qovşağına dair saziş imzalayıb Dünya

Tacikistan, Qırğızıstan və Özbəkistan sərhədlərinin qovşağına dair saziş imzalayıb

Tacikistan, Qırğızıstan və Özbəkistan prezidentləri Emoməli Rəhmon, Sadır Japarov və Şavkat Mirziyoyev üç respublikanın sərhədlərinin qovuşma məntəqəsi haqqında saziş imzalayıblar.

APA TASS-a istinadən xəbər verir ki, mərasim Tacikistanın şimalındakı Suqd vilayətinin inzibati mərkəzi olan Xucandda dövlət başçılarının görüşü çərçivəsində baş tutub.

Eyni zamanda, liderlər əbədi dostluq haqqında Xucənd Bəyannaməsini imzalayıblar.