Bu müqavilə qəbuledilməzdir, ancaq... - Leşşenko Dünya

Bu müqavilə qəbuledilməzdir, ancaq... - Leşşenko

ABŞ-la mineral ehtiyatlara dair yeni saziş layihəsi Ukraynanın AB-yə inteqrasiyası şərtlərinə və konstitusiyasına ziddir, lakin yenidən baxılması nəticəsində məqbul forma ala bilər.

Xalqcebhesi.az xəbər verir ki, bunu Vladimir Zelenskinin ofisinin müşaviri Sergey Leşşenko deyib.

"Müqavilə bizim üçün qəbuledilməz görünə bilər. Hökumət, Ədliyyə Nazirliyi onunla işləyir. Amma konstitusiyaya, avrointeqrasiyaya zidd olan bütün bunları Ukrayna üçün normal layihəyə çevirmək olar", - o bildirib.