

1 Aprel 19:05
1 Aprel 16:30
1 Aprel 15:22
Tacikistan Prezidenti İmaməli Rəhman, Özbəkistanın lideri Şövkət Mirziyayev və Qırğızıstan Prezidenti Sadır Japarov martın 31-də Xucənd şəhərində keçirilən birinci üçtərəfli sammitin yekunları üzrə bir sıra sazişlər imzalayıblar.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə “Sputnik Tacikistan” məlumat yayıb.
Bildirilib ki, liderlər üç ölkənin dövlət sərhədlərinin qovşağına dair sənədi, eləcə də əbədi dostluq haqqında Xucənd bəyannaməsini imzalayıblar.
Tədbir Tacikistan liderinin Xucənd yaxınlığında yerləşən Gülistondakı iqamətgahında baş tutub.