Rusiya Talibanı terrorçular siyahısından çıxarır? Dünya

Rusiya Talibanı terrorçular siyahısından çıxarır?

Rusiya Ali Məhkəməsi “Taliban” hərəkatının fəaliyyətinə qoyulan qadağanın dayandırılması ilə bağlı Baş Prokurorluğun iddiasına baxacaq.

Xalqcebhesi.az xəbər verir ki, məlumatı Rusiya mediası yayıb.

Bildirilib ki, məhkəmə “Taliban”ın fəaliyyətinə qoyulan qadağanı dayandırsa, o zaman qərar qüvvəyə mindikdən sonra hərəkat terror təşkilatları siyahısından çıxarılacaq.

Qeyd edək ki, məhkəmənin baxış iclası aprelin 17-nə təyin edilib. İşə bağlı qapılar arxasında baxılacaq.