Bu ölkədən Ukraynaya 1,6 milyardlıq hərbi yardım paketi... Dünya

Bu ölkədən Ukraynaya 1,6 milyardlıq hərbi yardım paketi...

İsveç Ukraynaya 16 milyard kron (1,59 milyard ABŞ dolları) dəyərində yeni hərbi yardım paketi təqdim etmək qərarına gəlib.

Xalqcebhesi.az “Röyters”ə istinadən xəbər verir ki, bunu İsveçin müdafiə naziri Pol Yonson deyib.

“Paketin əsas hissəsi (9,2 milyard kron) İsveç Müdafiə Materialları Təşkilatının rəhbərlik etdiyi proseslər vasitəsilə alınacaq avadanlıqlardan ibarət olacaq”, - nazir bildirib.

Qeyd edək ki, İsveç hökuməti 2025-ci il üçün nəzərdə tutulan büdcə ayırmalarını 25 milyard krondan 40 milyard krona qaldıraraq, Ukraynaya dəstəyi artırdığını açıqlayıb.