1132-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi Dünya

1132-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

Rusiya müharibənin 1132-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 660 təyyarəsi, 283 helikopteri, 49 180 PUA-sı, 601 zenit-raket kompleksi, 22 606 tank və digər zirehli texnikası, 1 533 reaktiv yaylım atəş sistemi, 23 130 artilleriya və minaatanı, 33 545 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.