Litvada 3 amerikalı hərbçinin meyiti tapıldı Dünya

Litvada 3 amerikalı hərbçinin meyiti tapıldı

Litvada hərbi təlimlər zamanı itkin düşən 4 amerikalı hərbçinin 3-nün meyiti tapılıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ ordusunun Avropa və Afrika Komandanlığından məlumat verilib.

“Martın 31-də Litvada 3 amerikalı hərbçinin meyiti tapılıb. Dördüncü hərbçinin tapılması istiqamətində axtarış-əməliyyat tədbirləri davam etdirilir”, - məlumatda bildirilib.

Qeyd edək ki, martın 25-də səhər 4 amerikalı hərbçinin olduğu “M88A2 Herkules” zirehli transportyoru itmişdi. Zirehli maşın martın 26-da bataqlıq ərazidə tapılmışdı.