İrəvan əlindən gələni edir – Rusiyadan etiraz Dünya

İrəvan əlindən gələni edir – Rusiyadan etiraz

İrəvanın KTMT-nin maliyyələşdirilməsinə töhfə verməkdən imtina etməsi təsdiq edir ki, Ermənistan Qərbə rəğbət bəsləmək üçün əlindən gələni edir.

Xalqcebhesi.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Aleksey Juravlyov deyib.

“İrəvan Qərbin rəğbətini qazanmaq üçün əlindən gələni edir. Ermənistan parlamenti hətta AB-yə üzv olmaq barədə rəsmi qərar da verib”, - Juravlyov bildirib.

Qeyd edək ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) 2024-cü il büdcəsini imzalamayıb.