Mask Le Penin həbsinə reaksiya verdi Dünya

Mask Le Penin həbsinə reaksiya verdi

Fransanın sağçı Milli Birlik Partiyasının lideri Marin Le Penə verilən hökm siyasi məqsədlər üçün ədliyyə sistemindən sui-istifadəni ifadə edir.

Xalqcebhesi.az xəbər verir ki, bunu amerikalı milyarder İlon Mask deyib.

“Radikal sollar demokratik seçkilərdə qalib gələ bilməyəndə, rəqiblərini həbs etmək üçün ədalət sistemindən sui-istifadə edir. Bu onların bütün dünyada standart texnikasıdır”, - Mask bildirib.