

1 Aprel 19:05
1 Aprel 16:30
1 Aprel 15:22
İndoneziya sahillərində 5,6 bal gücündə zəlzələ qeydə alınıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzindən məlumat verilib.
Məlumata görə, yeraltı təkanlar Vaynhapu şəhərindən 142 km cənub-qərbdə qeydə alınıb.
Tələfat və dağıntılarla bağlı məlumat verilməyib.
Qeyd edək ki, martın 30-da da İndoneziya sahillərində 5,1 bal gücündə zəlzələ qeydə alınmışdı.