

1 Aprel 19:05
1 Aprel 16:30
1 Aprel 15:22
İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) Fars körfəzində iki xarici neft tankerini ələ keçirib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə SEPAH-ın İkinci Dəniz Dairəsinin İctimaiyyətlə Əlaqələr İdarəsi bəyanat yayıb.
Məlumata görə, ələ keçirilən “Star 1” və “Uintaq” adlı neft tankerləri 25 nəfərlik heyətlə hərəkət edib və onların göyərtəsində 3 milyon litrdən çox dizel yanacağı olub.
Tankerlərin hansı səbəbdən ələ keçirildiyi barədə məlumat verilməyib.