

1 Aprel 19:05
1 Aprel 16:30
1 Aprel 15:22
Rusiya Kişinyovdakı səfirliyindən üç diplomatın qovulmasına adekvat sərt cavab verəcək.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
“Rusiyanın Kişinyovdakı səfirliyi 1961-ci il Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının müddəalarına ciddi şəkildə uyğun olaraq fəaliyyət göstərir və Moldovanın daxili işlərinə qarışmır. Moldova rəhbərliyinin düşmənçilik hərəkətlərinə Rusiyanın adekvat cavabı olacaq”, - XİN rəsmisi vurğulayıb.
Zaxarova həmçinin deyib ki, rusiyalı diplomatların ölkədən çıxarılması əsassız qərardır və Kişinyovun antirusiya kursunun bir hissəsidir.
Qeyd edək ki, Moldova Xarici İşlər Nazirliyi Rusiyanın Kişinyovdakı səfiri Oleq Ozerova səfirliyin bir neçə əməkdaşını arzuolunmaz şəxs elan edən nota verib.