

Yunanıstanda yağan güclü yağış Siklad adalarında daşqınlara səbəb olub.
Xalqcebhesi.az bu barədə Türkiyə mediasına istinadən xəbər verir.
Məlumata görə, Yunanıstanın Siklad adalarında Paros, Mikonos və Sirosda güclü yağışın daşqınlara və dağıntılara səbəb olub. Hətta Parosda bir çox avtomobil su altında qalıb
Bundan əlavə, şiddətli yağış səbəbindən Paros, Mikonos, Rodos və Simi adalarında məktəblərdə tədrisin müvəqqəti dayandırılacağı da bildirilib.