Yaponiya böyük fəlakətə hazırlaşır: 300 min insan öləcək Dünya

Yaponiya böyük fəlakətə hazırlaşır: 300 min insan öləcək

Yaponiya Sakit okeandakı Nankay çökəkliyində - Filippin və Avrasiya tektonik plitələri arasında təxminən 800 km uzanan zonadakı seysmik aktivlik nəticəsində baş verəcək zəlzələyə hazırlaşır. Burada 8-9 bal gücündə zəlzələ ehtimalı 80% qiymətləndirilir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

“Martın 31-də açıqlanan hökumət hesabatındakı ən pis ssenariyə əsasən, 1,23 milyon insan və ya ölkə əhalisinin 1 faizi fəlakət zonasından təxliyə edilməli olacaq. Qışda gecə saatlarında zəlzələ baş verərsə, sunami və binaların dağılması nəticəsində 300 minə qədər insan həlak ola bilər”, - məlumatda qeyd olunub.

Bildirilib ki, mümkün sunami və dağıntılar səbəbindən iqtisadiyyata dəyən itkilər 270.3 trilyon yen (1.83 trilyon dollar) təşkil edəcək.