Rusiyada milyarderlərin sayı rekord həddə çatdı Dünya

Rusiyada milyarderlərin sayı rekord həddə çatdı

Rusiyada milyarderlərin sayı rekord həddə çatıb.

Xalqcebhesi.az bu barədə “Forbes” məlumat yayıb.

Məlumata görə, 2025-ci ildə rusiyalı milyarderlərin sayı 24 nəfər artaraq 149-a çatıb.

Nəşr qeyd edib ki, Rusiyadakı milyarderlərin ümumi sərvəti tarixi maksimuma çataraq, 625.5 milyard dollar təşkil edib.

Rusiyada milyarderlərin siyahısına Azərbaycan əsilli iş adamı Vahid Ələkbərov başçılıq edir. Onun hazırda 28.7 milyard dollar sərvəti var.

“Severstal”ın rəhbəri Aleksey Mordaşov (28.6 milyard dollar), “Novatek”in sahibi Leonid Mixelson (28.4 milyard dollar), Vladimir Lısin (26.5 milyard dollar), “Nornikel”in sahibi Vladimir Potanin (24.2 milyard dollar) növbəti yerləri bölüşüblər.