Le Pen həbsindən danışdı: Atom bombası... Dünya

Le Pen həbsindən danışdı: Atom bombası...

Fransanın sağçı Milli Birlik Partiyasının lideri Marin Le Pen ona verilən cəzanı atom bombası ilə müqayisə edib.

Xalqcebhesi.az xəbər verir ki, Le Pen bu barədə partiya üzvləri qarşısında çıxışında deyib.

Le Penin sözlərinə görə, Fransa hakimiyyəti onun 2027-ci ildə keçiriləcək prezident seçkisində iştirakına mane olmaq üçün buna əl atıb:

“Sistem atom bombası əldə etdi. O, bizə qarşı belə güclü silahdan istifadə edirsə, bu, açıq-aşkar ona görədir ki, seçkidə qalib gəlmək ərəfəsindəyik”.