

Ukrayna makromaliyyə yardımı proqramı çərçivəsində Avropa Komissiyasından 3,5 milyard avro həcmində daha bir tranş alıb.
Xalqcebhesi.az xəbər verir ki, bunu Ukrayna Baş naziri Denis Şmıqal deyib.
“Avropa Komissiyası “Ukraine Facility” proqramı çərçivəsində növbəti tranş kimi Ukraynaya 3,5 milyard avro köçürüb”, - o bildirib.
Onun sözlərinə görə, proqram çərçivəsində ümumi maliyyə yardımı artıq 19,6 milyard avroya çatıb.