

Rusiya və Çin İkinci Dünya Müharibəsinin nəticələrini və müharibədən sonrakı dünya nizamının prinsiplərini birgə müdafiə etməlidir.
Xalqcebhesi.az xəbər verir ki, bu fikri Çin xarici işlər naziri Van Yi Kremldə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşündə deyib.
"Çin və sovet xalqları cəsarətlə vuruşdular, ağır itkilər verdilər və militarist Yaponiyanı və faşist Almaniyasını məğlub edərək, sülh işinə ciddi töhfə verdilər. Bu gün, 80 il sonra, biz İkinci Dünya Müharibəsinin nəticələrini, eləcə də müharibədən sonrakı dünya nizamının prinsiplərini birlikdə müdafiə etməliyik", - o vurğulayıb.