Ermənistanda sabiq Baş Qərargah rəisinə cinayət işi açılıb Dünya

Ermənistanda sabiq Baş Qərargah rəisinə cinayət işi açılıb

Ermənistanda Silahlı Qüvvələrin Baş Qərargahının sabiq rəisi Movses Akopyana qarşı yeni cinayət işi açılıb.

Xalqcebhesi.az xəbər verir ki, general-polkovnik Movses Akopyan Ermənistanın 9 il əvvəl Rusiyadan yararsız hərbi texnika almasına görə səhlənkarlıqda ittiham olunur.

Qeyd olunur ki, Ermənistan ordusunun Raket Qoşunları və Artilleriya Baş İdarəsinin sabiq rəisi, general-mayor Armen Arutyunyana qarşı da ittiham irəli sürülüb.

Müqavilə Akopyan tərəfindən imzalanıb və bunun nəticəsində isə 4,3 milyard dramdan çox avadanlıq alınıb.