

Ötən gecə Rusiya regionları üzərində Ukrayna Silahlı Qüvvələrinə məxsus 107 ədəd pilotsuz uçuş aparatı (PUA) məhv edilib.
Bu barədə Rusiya MN məlumat yayıb.
Qeyd edilib ki, ötən gecə Rusiya MN-in hava hücumundan müdafiə sistemləri Ukraynanın 107 stasionar qanadlı pilotsuz uçuş aparatını ələ keçirərək məhv edib.
Onlardan 34-ü Kursk, 30-u Orlov, 18-i Lipetsk, 7-i Kaluqa, 4-ü Rostov vilayəti, 4-ü Azov dənizinin suları üzərində aşkarlanıb. Tambov və Moskva vilayətlərinin hər birinin üzərində də 3 PUA, Bryansk vilayəti üzərində 2, Voronej və Tula vilayətlərinin əraziləri üzərində də 1 PUA zərərsizləşdirilib.