Rusiyanın Ukraynada itkiləri artır Dünya

Rusiyanın Ukraynada itkiləri artır

Ukrayna müharibənin 1136-cı günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

"Xalq Cəbhəsi" Ukrayna Baş Qərargahının yaydığı məlumata istinadən xəbər verir ki, Rusiya indiyə qədər 920 950 hərbçi, 10 528 ədəd tank, 21 932 ədəd zirehli döyüş maşını, 25 663 ədəd artilleriya sistemi, 1 349 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 123 hava hücumundan müdafiə sistemi, 370 ədəd hərbi təyyarə, 335 ədəd helikopter, 42 841 ədəd avtomobil texnikası, 31 669 ədəd PUA, 3 123 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 786 xüsusi avadanlıq itirib.

Cavid