Zelenski ABŞ və Rusiyanın atəşkəslə bağlı danışıqları davam etdirdiyini deyib Dünya

Zelenski ABŞ və Rusiyanın atəşkəslə bağlı danışıqları davam etdirdiyini deyib

Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynanın ərazi bütövlüyü üçün mübarizə apardıqlarını və Rusiyanın ölkəsində işğal etdiyi bölgələri “Rusiya ərazisi” kimi tanımayacaqlarını bəyan edib.

Xalqcəbhəsi.az-ın “Demirören” Xəbər Agentliyinə istinadən məlumatına görə, Ukraynanın bütün torpaqlarını geri alacağı təqdirdə sülhün əldə oluna biləcəyini qeyd edən Zelenski, "Əgər bu torpaqların diplomatik yollarla geri qaytarılması üçün zamanla razılıq əldə oluna bilsə, düşünürəm ki, bəzi torpaqlar üçün yeganə yol bu olacaq. Ona görə də Ukraynanın ərazi bütövlüyünü bərpa etmək üçün hər şeyi edəcəyik" deyib.

Müharibənin bitməsini istədiklərini ifadə edən Zelenski, Səudiyyə Ərəbistanındakı danışıqlarda Ukraynanın ABŞ-nin qeyd-şərtsiz atəşkəs təklifini qəbul etdiyini xatırladıb. Rusiyanın isə sözügedən atəşkəsi qəbul etmədiyini, lakin ABŞ və Rusiya arasında məsələ ilə bağlı ictimaiyyətə açıq olmayan danışıqların davam etdiyini deyən Ukrayna Prezidenti amerikalılar və ruslar arasında bu mövzuda danışıqlar getdiyini bildiklərini qeyd edib.