
Tramp Türkiyəyə gəlir
10 Aprel 21:18
10 Aprel 21:18
10 Aprel 18:54
Türkiyənin Balıkəsir bölgəsində 14 yaşlı uşaq atası 39 yaşlı Metin Çetinkayanı bıçaqlayaraq öldürüb.
Hadisə ötən gün baş verib. Xırda mal-qarasına baxan M.Çetinkaya və oğlu arasında naməlum səbəbdən mübahisə yaranıb.
İddialara görə, M.Çetinkaya, ailə içi şiddət tətbiq etdiyi oğlu tərəfindən çörək bıçağı ilə qarnından bıçaqlanıb.
Xəbərdarlıq üzərinə hadisə yerinə jandarma və sağlamlıq qrupları sövq edilib. İki bıçaq zərbəsi alan Çetinkayanın həyatını itirdiyi müəyyən edilib. Hadisəni törədən oğlu isə polis tərəfindən gözaltına alınıb.
Qeyd edək ki, M.Çetinkayanın cənazəsi bu gün ikindi namazından sonra torpağa veriləcək.