Krivoy Roqda ölənlərin sayı artdı, matəm elan edildi Dünya

Krivoy Roqda ölənlərin sayı artdı, matəm elan edildi

2025.04.04 - 20:59

Rusiya ordusu Ukraynanın Krivoy Roq şəhərinə zərbə endirib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə şəhərin Müdafiə Şurasının sədri Aleksandr Vilkul məlumat yayıb.

Hücum nəticəsində 12 nəfər ölüb, 50 nəfər isə yaralanıb.

Qeyd edək ki, Rusiya aprelin 2-də də Krivoy Roqa ballistik raket zərbəsi endirib. Zərbə nəticəsində ölənlər olub.

***

Krivoy Roqda ölənlərin sayı 14-ə çatıb.

***

Krivoy Roqa raket zərbəsi nəticəsində ölənlərin sayı 6-sı uşaq olmaqla 16-ya yüksəlib, 42 nəfər yaralanıb.

Bu barədə Ukrayna Fövqəladə Hallar Dövlət Xidməti məlumat yayıb.

Bundan əlavə, iki yanğın hadisəsi baş verib. Doqquz yaşayış binasına və altı təhsil müəssisəsinə ziyan dəyib.

Raket zərbəsindən sonra Rusiya “Şahid” PUA-ları ilə də Krivoy Roqa zərbələr endirib.

***

Kroviy Roqa endirilən zərbələr nəticəsində ölənlərin sayı 18-ə qalxıb.

Bu barədə şəhərin Müdafiə Şurasının rəhbəri Aleksandr Vilkulun məlumat yayıb.

Yaralananların sayı isə 61-ə çatıb.

***

Aprelin 4-də Rusiya ordusunun Ukraynanın Krivoy Roq şəhərinə hücumu nəticəsində ölənlərin sayı 19-a, yaralananların sayı isə 68-ə qalxıb.

Ölənlərdən 9-u uşaqdır.

***

Rusiyanın Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərinə hücumu nəticəsində ölənlərin sayı 74 nəfərə çatıb.

Bu barədə regional hərbi administrasiyanın rəhbəri Sergey Lısak məlumat yayıb.

***

Ukraynada Krivoy Roqa endirilən zərbə nəticəsində ölənlərlə bağlı sabah (6 aprel) matəm günü elan edilib.

Bu barədə Ukrayna Baş nazirinin ərazilərin bərpası üzrə müavini Aleksey Kuleba bildirib.

“Sabah bütün ölkə ərazisində bayraqlar endiriləcək, sükut olacaq. Bütün bölgə mərkəzləri – böyük və kiçik – Krivoy Roqla həmrəydirlər”, – Kuleba deyib.