KİV: Çexiya Təl-Əvivdəki səfirliyini Qüdsə köçürməyə qərar verib Dünya

KİV: Çexiya Təl-Əvivdəki səfirliyini Qüdsə köçürməyə qərar verib

Çexiya Təl-Əvivdəki səfirliyini Qüdsə köçürəcəyini elan edəcək.

Bu barədə “Ynet” məlumat yayıb.

Qeyd edilib ki, yülsək vəzifəli çexiyalı rəsmi israilli həmkarına rəsmi Praqanın Təl-Əvivdəki səfirliyini yaxın vaxtlara Qüdsə köçürmək barədə qərar qəbul etdiyini bildirib. Bu addım ABŞ Prezidenti Donald Trampın xahişi əsasında atılır. Çexiya hələ 2018-ci ildə Qüdsdə mədəniyyət və iqtisadiyyat məsələləri üzrə ofis, daha sonra konsulluq açıb.

Beləliklə, Qüdsdə səfirlik açıldığı halda Çexiya Avropa dövlətləri arasında bu addımı atan ilk ölkə olacaq.

Hazırda Qüdsdə 6 ölkənin – ABŞ, Qvatemala, Kosova, Honduras, Papua-Yeni Qvineya və Paraqvayın səfirlikləri fəaliyyət göstərir.