Fransadan Trampa tənqid: Le Peni müdafiə etmək... Dünya

Fransadan Trampa tənqid: Le Peni müdafiə etmək...

Fransa Baş naziri Fransua Bayru sağçı Milli Birlik Partiyasının lideri Marin Le Penə dəstək ifadə edən ABŞ Prezidenti Donald Trampı kəskin tənqid edib.

“Le Parisien” nəşrinə müsahibəsində Bayru bu barədə “Le Parisien” nəşrinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Trampın Le Penlə bağlı açıqlaması müdaxilədir:

“Müdaxilə artıq dünyanın qanununa çevrilib”.

Qeyd edək ki, məhkəmə Le Pen barədə 4 il (2 il şərti cəza və 2 il nəzarət altında olma) azadlığın məhdudlaşdırılması qərarı verib. Eyni zamanda, Le Pen 5 il siyasətlə məşğul ola bilməz.