

ABŞ artıq 50-dən çox ölkədən Vaşinqtonun tətbiq etdiyi idxal rüsumlarının azaldılması və ya ləğv edilməsini müzakirə etmək üçün danışıqlara başlamaq məqsədilə müraciət alıb.
Xalqcebhesi.az xəbər verir ki, bunu Ağ Evin Milli İqtisadi Şurasının rəhbəri Kevin Hassett deyib.
"Dünən ABŞ-ın ticarət danışıqları üzrə nümayəndəsindən 50-dən çox ölkənin müraciət etməsinə dair hesabat aldım. Ölkələr onlara tətbiq edilən tariflərlə bağlı danışıqlara başlamaq üçün prezidentə müraciət edib, hesab edirlər ki, tətbiq edilən tariflər yüksəkdir",- o bildirib.