Parisdə Le Penə dəstək mitinqi keçirildi Dünya

Parisdə Le Penə dəstək mitinqi keçirildi

Parisdə “Milli Birlik” partiyasının parlament fraksiyasının lideri, məhkəmənin hökmü ilə namizədliyini irəli sürmək qadağan edilmiş Marin Le Penə dəstək məqsədilə mitinq keçirilir.

Xalqcebhesi.az xarici mediaya istinadən xəbər verir ki, siyasətçini dəstəkləməyə gələnlər arasında hər yaşda olan insanlar, istər gənclər, istərsə də yaşlı fransızlar olub.

Mühafizəçilərin müşayiəti ilə mitinqə gələn Le Pen özü tərəfdarlarına deyib:

“Bu qərar xalqımı, ölkəmi və şərəfimi tapdaladı! İstəyirəm hamı bilsin: mən təslim olmayacağam”.

Qeyd edək ki, məhkəmə Le Pen barədə 4 il (2 il şərti cəza və 2 il nəzarət altında olma) azadlığın məhdudlaşdırılması qərarı verib. Eyni zamanda, Le Pen 5 il siyasətlə məşğul ola bilməz.