Kursk vilayətini işğal edənlər mühakimə olunublar Dünya

Kursk vilayətini işğal edənlər mühakimə olunublar

Məhkəmələr Kursk vilayətinə hücumun 79 iştirakçısına - Ukrayna Silahlı Qüvvələrinin hərbi qulluqçularına və xarici muzdlulara hökm oxuyub.

Bu barədə Rusiya Baş Prokurorluğunun mətbuat xidməti agentliyin sorğusuna cavab olaraq TASS-a məlumat verib.

"Onlardan 4-ü Ukrayna Silahlı Qüvvələrinin zabiti, 62-si sıravi və rütbəli əsgəri, o cümlədən Yeni Zelandiya, Böyük Britaniya, Gürcüstan, ABŞ və Litva vətəndaşlarından olan 13 əcnəbi muzdlu hərbçi cinayət məsuliyyətinə cəlb edilib”, - deyə Baş Prokurorluqdan bildirilib.

Cavid