Nigeriyada menengit epidemiyasından ölənlərin sayı artıb Dünya

Nigeriyada menengit epidemiyasından ölənlərin sayı artıb

Nigeriyada yanvar ayından bəri davam edən meningit epidemiyasından ölənlərin sayı çoxalıb.

Xalqcəbhəsi.az “A haber”ə istinadən qeyd edir ki, Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzindən edilən açıqlamada epidemiyanın ölkənin 23 əyalətində yayıldığı bildirilib.

Açıqlamada bu dövrdə ölkədə 1858 meningit hadisəsinin müşahidə edildiyi, epidemiya səbəbiylə həyatını itirənlərin sayının isə 156-ya yüksəldiyi vurğulanıb. Nigeriya hökuməti 2030-cu ilə qədər menengitə qalib gəlmək üçün yeni tədbirlər gördüyünü açıqlayıb.

Qeyd edək ki, hava yolu ilə keçə bilən sözügedən xəstəlik beyindən başlayaraq bütün bədənə təsir edə bilir.