Yaponiyada təcili yardım helikopteri qəzaya uğrayıb Dünya

Yaponiyada təcili yardım helikopteri qəzaya uğrayıb

Yaponiyada içində 6 nəfərin olduğu təcili yardım helikopterinin dənizə düşdüyü bildirilib.

Xalqcəbhəsi.az “sabah.com.tr” saytına istinadən bildirir ki, Yaponiyanın Sahil Mühafizəsi qeyd edib ki, təcili yardım helikopteri Naqasaki əyalətinə bağlı Tsuşima adasından Fukuoka əyalətindəki xəstəxanaya gedərkən havaya qalxdıqdan təxminən 10 dəqiqə sonra onunla əlaqə kəsilib.

Bunun ardından naviqasiya marşrutu boyunca axtarışlara başlanılıb və helikopter dəniz səthində tərs vəziyyətdə aşkar edilib. Helikopterdə olan 6 nəfərdən 3-nün hadisə yerindən sağ xilas edildiyi açıqlanıb.

Bildirilib ki, 86 yaşlı qadın xəstə, onun yanındakı 68 yaşlı oğlu və 34 yaşlı həkim dünyasını dəyişib.

Dənizdə tapılan helikopterə ciddi ziyan dəymədiyi üçün pilotun qəzadan əvvəl təcili eniş etməyə cəhd etdiyi düşünülüb və hadisə ilə bağlı ətraflı araşdırma başlanıb.