Rusiya indiyə qədər 10 567 ədəd tankını itirib Dünya

Rusiya indiyə qədər 10 567 ədəd tankını itirib

Ukrayna müharibənin 1139-cu günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

"Xalq Cəbhəsi" Ukrayna Baş Qərargahının yaydığı məlumata istinadən xəbər verir ki, Rusiya indiyə qədər 925 020 hərbçi, 10 567 ədəd tank, 21 997 ədəd zirehli döyüş maşını, 25 817 ədəd artilleriya sistemi, 1 356 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 124 hava hücumundan müdafiə sistemi, 370 ədəd hərbi təyyarə, 335 ədəd helikopter, 43 120 ədəd avtomobil texnikası, 31 874 ədəd PUA, 3 145 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 790 xüsusi avadanlıq itirib.

Cavid