İzmirdə cinayət təşkilatına qarşı əməliyyatda şübhəlilər saxlanılıb Dünya

İzmirdə cinayət təşkilatına qarşı əməliyyatda şübhəlilər saxlanılıb

İzmir Respublika Baş Prokurorluğunun Terror və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Bürosu tərəfindən “soyğunçuluq məqsədi ilə təşkilat qurmaq, idarə etmək və ya üzv olmaq”, “silahlı təhdid", "ağırlaşdırılmış talan", "ictimai təhlükəsizliyi qəsdən təhlükə altına salmaq" cinayətlərini törətməkdə şübhəli bilinən şəxslər barəsində araşdırma aparılıb.

Xalqcəbhəsi.az “Anadolu” Xəbər Agentliyinə istinadən bildirir ki, bu çərçivədə bölgə Təhlükəsizlik Müdirliyi qrupları Buca, Torbalı və Seferihisar rayonlarında 11 ünvanda eyni vaxtda əməliyyat keçirib.

Əməliyyat zamanı aralarında təşkilatın rəhbərinin də olduğu 12 şübhəli tutulub.

Şübhəlilərin yaşayış və iş yerlərində aparılan axtarışlar zamanı cinayətdən əldə edildiyi güman edilən 2 tapança, 2 maqazin (silah hissəsi), 23 sintetik dərman həbi, 116 patron və 203 min 800 lirə ələ keçirilib.